Pressa.az » Ölkə » Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub

23 sentyabr 2023, Şənbə, 11:54
Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub.

LiderXəbər xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçib.

Bununla da Şimal yarım kürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.

Bu gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşür və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olur.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.