“Roşka”nın 5 il həbsi tələb edildi
“TikTok”da “Roşka”kimi tanınan Rövşən Süleymanovun məhkəmə istintaqı başa çatıb.
Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror “Roşka”nın Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Müdafiə tərəfinə çıxışa hazırlanması üçün bir neçə saat vaxt verilib.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
17 yan 2025, 09:00
26 yan 2024, 17:32
