Pressa.az » Ölkə » Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

02 oktyabr 2026, Cümə, 14:03
Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb.

Liderxeber.az xəbər verir ki, DİN Mətbuat xidmətindən bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

“Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlığa səbəb olmasına şərait yaratmasınlar”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Gəncədə, bu gün isə Sumqayıtdakı məktəblərdən birində şagirdlərin kütləvi zəhərlənməsi faktı baş verib.