Pressa.az » Ölkə » “TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - Video

“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - Video

07 oktyabr 2026, Çərşənbə, 12:44
“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” - Video

Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.