Bu marşrutların hərəkət sxemləri dəyişdirildi
Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Liderxeber.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib. 170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunur.
Oxşar Xəbərlər:
22 apr 2024, 13:08
19 sen 2026, 14:43
24 yan 2024, 10:30
25 fev 2026, 17:06
08 sen 2024, 13:51
