Pressa.az » Ölkə » Azərbaycanda deputat orta məktəbə direktor təyin edildi

Azərbaycanda deputat orta məktəbə direktor təyin edildi

03 fevral 2023, Cümə, 06:33
Azərbaycanda deputat orta məktəbə direktor təyin edildi

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

LiderXəbər-in Manset.az-a istinadən verdiyi məlumata görə, müvafiq əmrlə Turan Məmmədli 12 nömrəli tam orta məktəbin direktoru təyin edilib. 

Turan Məmmədli bundan əvvəl Babək Rayonu Payızkənd orta məktəbinin direktoru olub. 

Qeyd edək ki, Turan Məmmədli Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatıdır.