Prezident sabiq nazir müavinini icra başçısı təyin edib
Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
LiderXəbər xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin sabiq müavinidir. O, icra başçısı təyin olunana qədər ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində çalışırdı.
Oxşar Xəbərlər:
18 oktyabr 2023, Çərşənbə
Ali məktəblərə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI