Pressa.az » Ölkə » Kommersiya məhkəmələri, Bakı Kommersiya Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin arbitraj sahəsində səlahiyyətləri müəyyənləşir

Kommersiya məhkəmələri, Bakı Kommersiya Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin arbitraj sahəsində səlahiyyətləri müəyyənləşir

30 oktyabr 2023, Bazar ertəsi, 13:30
Kommersiya məhkəmələri, Bakı Kommersiya Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin arbitraj sahəsində səlahiyyətləri müəyyənləşir

Müvəqqəti təminat tədbirləri, tək arbitrli arbitrajda tərəflər arbitrin təyin edilməsi barədə razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitrin təyin edilməsi, arbitrin səlahiyyətinə xitam verilməsi, sübutların təmin edilməsi barədə müraciət, arbitraj qərarının ləğvi barədə ərizəyə baxılması, yerli arbitraj məhkəməsinin qərarı icra edilmədikdə müraciətə baxılması sahəsində səlahiyyət kommersiya məhkəmələrində olacaq.

LiderXəbər-in xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Arbitrajın yeri xarici ölkədə olduğu və ya müəyyən olunmadığı hallada məhkəmənin müvəqqəti təminat tədbirləri və sübutların təmin edilməsi barədə müraciətə baxılması sahəsində səlahiyyət Bakı Kommersiya Məhkəməsinə məxsus olacaq.

Beynəlxalq arbitraja münasibətdə arbitrajın yeri müəyyənləşdirilmədikdə və tərəflərdən azı birinin olduğu və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer Azərbaycan ərazisində yerləşdikdə tək arbitrli arbitrajda tərəflər arbitrin təyin edilməsi barədə razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitrin təyin edilməsi, tərəflər üçüncü arbitr barədə razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitrin təyin edilməsi, yeni arbitrin təyin edilməsi, tərəflərdən hər hansı birini müraciəti ilə funksiyalarını yerinə yetirə bilməyən arbitrin səlahiyyətinə xitam verilməsi məsələlərinə də Bakı Kommersiya Məhkəməsi baxacaq.

Bakı Apelyasiya Məhkəməsi Azərbaycan ərazisində müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və icrasından imtina edilməsi üçün əsaslara baxacaq.