SARO Çayları qardaş ölkəyə dəstək oldu
Türkiyədə SARO Çay şirkətinin olmasına baxmayaraq, gələn tələb və müraciətlərə görə SARO TEA MMC Azərbaycandan qardaş Türkiyəyə zəlzələdən zərər çəkən vətəndaşlara çay göndərmə kampaniyasına başlayıb.
Artıq dünəndən etibarən zərərçəkənlər üçün vahid toplanma məntəqəsinə çay qutuları göndərən SARO Çay şirkəti, bundan əlavə, maddi yardım, isidici və qızıdırıcı sobalar da göndərmək üçün hərəkətə keçdiyini açıqlayıb.
“Hazırda 13 milyon insanın bu sərt, soyuq, qışın günlərində əlacsız və küçələrdə qalması bizi çox narahat edir. Gələn müraciətlərdə insanların çay təminatının aşağı səviyyədə olması qeyd edilir. Bunun üçün əlimizdən gələn bütün köməkliyi irəli sürürük. Şirkətimizin daxilində yeni geyimlər də təqdim edən əməkdaşlarımız var. Əməkdaşlarımızın bu cür cəsur addımları, sanki onların çiynindən yük əskildir.” - deyə şirkətin Baş Direktoru Murad Yaqubov redaksiyamıza bildirdi.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.