Toxumçular Assosiasiyası bəyanat yayıb
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyevanın iştirakı ilə 15 yanvar tarixindən keçirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edilib.
Bəyanatda deyilir:
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, dünyada böyük nüfuz qazanıb, regionun sürətli inkişaf yolunda olan müasir ölkəsinə, etibarlı tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Ölkə başçısının qətiyyəti, siyasi iradəsi, diplomatik gedişləri, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın adını ucaldıb.
Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin daxili bazarın tələbatını ödəmək və xarici bazarlara çıxmağa dair formalaşdırdığı müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də məhz ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların yaradılması, toxumçuluğun inkişafı, bu sahəyə diqqət və qayğının göstərilməsi xüsusi önəm daşıyır. Bildiyiniz kimi son illər respublikamızda aqrar sahədə yüksək nəticələr əldə edilməsində və kənd təsərrüfatında hər il dinamik artıma nail olunmasında aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Bu gün adıçəkilən sahələrin inkişafı, eyni zamanda, ölkəmizin ixrac potensialının artmasında, xarici bazarlarda yer tutmasında mühüm rol oynayır.
Azərbaycan toxumçuları 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində xalqımızla həmrəyliyi davam etdirərək, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirən böyük şəxsiyyət İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik! Azərbaycan Toxumçular Assosiasiyası 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərində hər bir vətəndaşı fəal iştirak etməyə və məhz İlham Əliyevə səs verməyə çağırır.