Sumqayıtdakı yanğın belə söndürüldü - Video
Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.
LiderXəbər-in məlumatına görə, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.
1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.
2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.
Briqadalar hazırda hadisə yerindədir.
Oxşar Xəbərlər:
28 fevral 2023, Çərşənbə axşamı
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 115-ə çatdırılıb - SİYAHI
09 yanvar 2024, Çərşənbə axşamı
Perinatal Mərkəzdə baş vermiş yanğın nəticəsində 4 körpə ölüb, cinayət işi başlanıb
09 sentyabr 2023, Şənbə
Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir