Ordubadın tarixi və mədəniyyəti üçün yeni dövr başlayır - Aslan Abbaszadə
Ölkə başçısı cənab İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı mədəniyyətimizə və tarixi ənənələrimizə verilən böyük dəyər oldu. Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad çox qədim tarixə malik, özünün milli-mənəvi dəyərləri ilə seçilən rayondur.
Rayonun ərazisində miqyasına görə irili-xırdalı 100-dən artıq tarixi-memarlıq incəsənət abidələri və arxeoloji abidələr mövcuddur. Onların 30-dan çoxu dövlət tərəfindən qorunur. Onlardan Ordubad şəhərindəki orta əsrlərə aid «Sərşəhər məscidi», «Anbars məscidi», «Qeysəriyyə», «Cümə məscidi», «Mingis məscidi», «Təkeşiyi məscidi», 48 kəhriz, XVI əsrin tarixi yadigarı olan hamam binası, «Nüsnüs piri», «Vənənd məscidi», XVIII əsrin yadigarı, qədim «İpək yolu»nun üzərində olan Aza körpüsü, XVI əsrin arxeoloji qalıqları olan «Xarabagilan» qoruğu, akademik Y. Məmmədəliyevin, böyük ədib M. S. Ordubadinin ev muzeyləri, Ordubad rayon Tarix Diyarşünaslıq muzey və s. mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür. Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Ölkə başçısının sərəncamı ilə Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunub.
Əminlikdə deyə bilərik ki, bu sərəncamla Ordubadın tarixi və mədəniyyəti üçün üçün yeni dövr başlayır, o cümlədən rayonun turizm inkişafını daha da sürətləndirilməsinə gətirib çıxardacaq. Bu münasibətlə bütün Ordubadlıları təbrik edir, cənab Ali Baş Komandana təşəkkür edirik!
Faktor.az saytının Baş Redaktoru
Aslan Abbaszadə