Rusiya Qara dəniz üzərindən uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib
Rusiya Qara dəniz üzərində uçan Fransa hərbi təyyarələrini vurmaqla hədələyib.
LiderXəbər xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastien Lekornu deyib.
“Bir ay əvvəl Rusiyanın hava nəqliyyatına nəzarət sistemi Qara dənizdə Fransa aviavasitəsini vurmaqla təhdid edib, baxmayaraq ki, biz beynəlxalq azad zonada patrul uçuşu həyata keçirirdik”, - nazir deyib.
Lekornu əlavə edib ki, Moskvanın aqressiv mövqeyi Rusiyanın Ukraynada döyüş meydanında üzləşdiyi çətinliklə izah edilə bilər. O, yaranmış vəziyyəti Soyuq müharibə dövrü ilə müqayisə edib.
"Biz xüsusilə aqressiv Rusiya mövqeyinin qayıtdığını görürük”, - Lekornu deyib.
Oxşar Xəbərlər:
13 yanvar 2024, Şənbə
Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb