Neftçalada qanvermə aksiyası təşkil olunub
Neftçala rayonunun sakinləri talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün qan veriblər.
Neftçala Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, rayon xəstəxanasında "Qan ver, yaşat” şüarı ilə keçirilən növbəti qanvermə aksiyasında Neftçalada fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiyada Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən əvvəlcə sağlamlıq imkanları dəyərləndirilən donorlardan qan götürülüb. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
Aksiya Neftçala Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşəbbüsü və “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin təşkilatçılığı ilə baş tutub.