Pressa.az » Ölkə » Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin aylıq vəzifə maaşları 10 faiz artırılıb

Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin aylıq vəzifə maaşları 10 faiz artırılıb

23 fevral 2023, Cümə axşamı, 16:50
Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin aylıq vəzifə maaşları 10 faiz artırılıb

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Liderxəbər xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.