Pressa.az » Ölkə » Kreml Baydenin ittihamlarına cavab verib

Kreml Baydenin ittihamlarına cavab verib

02 may 2024, Cümə axşamı, 14:00
Kreml Baydenin ittihamlarına cavab verib

Kreml Baydenin Rusiyanı ksenofobiyada ittiham etməsinə cavab verib.

Liderxəbər xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu bəyanat (Baydenin bəyanatı-red) reallığın tam əksini əks etdirir.

"Öz şirkətlərini kimsə ilə əlaqədən imtina etməyə məcbur edən Rusiyamı? Bəzən bəzi şirkətlərə qarşı sırf milliyyət meyarını rəhbər tutaraq tamamilə qanqster məhdudiyyətləri tətbiq edən Rusiyamı? Üçüncü ölkələri konkret ölkənin şirkətləri ilə əlaqə saxlamamağa inandırmaq üçün onlara həyasız təzyiqlər, qanunsuz təzyiqlər edən Rusiyamı? Bütün dünyada konkret millətdən, konkret vətəndaşlıqdan olan insanları təqib edən Rusiyamı? Xeyr, bunu edən Rusiya deyil, tamamilə fərqli bir ölkədir", deyə Kremlin sözçüsü qeyd edib.