Nazirlər Kabinetindən YENİ QƏRAR - Bu işçilər…
Dəmiryol nəqliyyatı işçilərinin ümumi vəzifələri müəyyənləşib.
Nazirlər Kabinetinin təsdiqlədiyi "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nda əksini tapıb.
Dəmiryol nəqliyyatının işçiləri vəzifə funksiyalarına uyğun olaraq bu Qaydaların tələblərinin yerinə yetirilməsini, dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyini təmin edirlər.
Dəmiryol nəqliyyatı işçilərinin bu Qaydalara riayət etmələrinə nəzarət onların işəgötürəni olan müvafiq dəmiryol nəqliyyatı təşkilatının və ya fərdi sahibkarın səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
Dəmiryol nəqliyyatı işçiləri insanların həyatına və sağlamlığına və ya hərəkətə təhlükə yaranması hallarında qatara və ya manevr edən tərkibə dayanma siqnalı verməli və ya onların dayandırılması üçün başqa tədbirlər görməlidirlər.
Dəmiryol infrastrukturunun tikili və ya qurğularında hərəkətə təhlükə yarada bilən nasazlıq aşkar edildikdə, dəmiryol nəqliyyatı işçiləri nasazlığın dərhal aradan qaldırılması üçün tədbir görməlidirlər.
Qatarların hərəkətinin təşkilində və sərnişinlərə xidmət göstərilməsində bilavasitə iştirak edən dəmiryol nəqliyyatı işçiləri vəzifələrini yerinə yetirən zaman xidməti geyim formalarında olmalıdırlar.
Dəmiryol nəqliyyatının işçiləri əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə tələblərə riayət etməli, insanların həyatına və sağlamlığına təhlükə yaranan hallarda özünün birbaşa rəhbərinə və ya yuxarı rəhbərliyə dərhal məlumat verməlidirlər.
Lokomotivlərə, motor-vaqonlu qatarların idarəetmə kabinəsinə, özügedən xüsusi hərəkət tərkiblərinə və digər hərəkət vahidlərinə (bundan sonra - hərəkət vahidləri), siqnalların, yoldəyişənlərin, aparatların, mexanizmlərin və dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyinin təmini və istismarı ilə əlaqədar olan digər qurğuların yanına, həmçinin siqnalların və belə qurğuların idarə olunduğu otaqlara, yalnız vəzifə funksiyalarının yerinə yetirilməsinə aidiyyəti olan dəmiryol nəqliyyatı işçiləri daxil ola bilərlər.
Hərəkət vahidlərini, dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyinin təmini ilə əlaqədar olan siqnalları, aparatları, mexanizmləri və digər qurğuları idarə etməyə, həmçinin yoldəyişənləri çevirməyə yalnız vəzifə funksiyalarını yerinə yetirərkən buna səlahiyyəti olan dəmiryol nəqliyyatının işçilərinə yol verilir.
Hərəkət vahidlərinin, siqnalların, aparatların, mexanizmlərin idarə olunmasına, həmçinin yoldəyişənləri çevirməyə dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyinin təmini və istismarı ilə əlaqədar digər qurğular üzrə təcrübə keçən dəmiryol nəqliyyatı işçilərinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən, bilavasitə bu qurğulara xidmət edən, təcrübə keçən işçinin təhkim olunduğu işçinin nəzarəti və şəxsi məsuliyyəti altında yol verilir. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında hərəkət vahidlərinin idarə edilməsi üçün vəsiqə infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq verilir.
Qatarların hərəkəti və manevr işləri ilə bilavasitə əlaqədar işə qəbul edilən şəxslər, həmçinin istehsalatda zərərli və ya təhlükəli təsirlərə məruz qalan işçilər işəgötürənin vəsaiti hesabına ilkin (işə qəbul ediləndə) və sonralar isə vaxtaşırı icbari tibbi müayinədən keçməlidirlər.
Qatarların hərəkəti və manevr işləri ilə bilavasitə əlaqədar olan dəmiryol nəqliyyatı işçiləri, infrastruktur sahibi tərəfindən təsdiq edilmiş peşələrin siyahısına uyğun reysqabağı və növbəqabağı tibbi müayinədən, həmçinin işəgötürənin tələbinə əsasən alkoqol, psixotrop və narkotik maddələrin qəbul edilməsini müəyyənləşdirmək üçün tibbi müayinədən keçməlidirlər.Fəaliyyəti qatarların hərəkəti ilə bilavasitə əlaqədar olan dəmiryol nəqliyyatı işçilərinin ixtisaslarının artırılması işəgötürənin vəsaiti hesabına həyata keçirilir