Pressa.az » Ölkə » Füzuli və Cəbrayıla prokurorlar təyin olundu

Füzuli və Cəbrayıla prokurorlar təyin olundu

04 iyun 2024, Çərşənbə axşamı, 21:02
Füzuli və Cəbrayıla prokurorlar təyin olundu

Baş prokuror Kamran Əliyev bir neçə təyinatla bağlı əmrlər imzalayıb.

Bu barədə Liderxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, K.Əliyevin Əmrinə əsasən, Cəbrayıl rayon prokuroru Ramiz Əliyev vəzifəsindən azad olunub və o, Füzuli rayon prokuroru vəzifəsinə təyinat alıb.

Digər Əmrlə, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. E.Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib. K. Əliyevin daha bir Əmri ilə isə Vüqar Səlimov Cəbrayıl rayon prokuroru vəzifəsinə gətirilib. O bu təyinata qədər Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.