AK Parti nümayəndə heyəti Azərbaycana gəlir, Şuşada keçiriləcək tədbirdə iştirak edəcəklər
Bu gün Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Bu barədə Liderxeber.az-a Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli milət vəkili Şamil Ayrım məlumat verib. O bildirib ki, səfər Yeni Azərbaycan Partiyasının dəvəti əsasında həyata keçiriləcək:
"Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər və Fəxri xiyabanları, “Türk şəhidliyi” abidəsini ziyarət edəcəklər. Daha sonra AK Parti nümayəndə heyəti Şuşaya səfər edəcək. Orada 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin növbəti ildönümü ilə bağlı təşkil olunacaq tədbirdə iştirak edəcəklər".
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
22 fevral 2024, Cümə axşamı
Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupu Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM