Aİ-nin iqlim fəaliyyəti üzrə komissarının səfərinin məqsədi hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə görüşmək və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlığı müzakirə etməkdir.
Komissar Hoekstranın Bakıda səfərdə olarkən bir sıra dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulur. Aİ rəsmisi, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.