ADY: Sumqayıt-Bakı qatarının gecikməsinə dumanlı hava səbəb olub
Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarının qrafikə əsasən gecikməsinə səbəb dumanlı hava şəraiti olub.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, səhər saatlarında havanın dumanlı olması səbəbindən müvafiq təlimata uyğun olaraq maşinist qatarın sürətini azaldıb. Nəticədə, qatar 9 dəqiqə gecikib.
Oxşar Xəbərlər:
06 fevral 2023, Bazar ertəsi
Bakı metrosunun “B-04” stansiyasının elektrik təchizatı sistemi təsdiq edilib