Pressa.az » Ölkə » “Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı üçün olduqca vacib dövlət olduğunu bir daha sübut etdi”  

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı üçün olduqca vacib dövlət olduğunu bir daha sübut etdi”  

08 iyul 2024, Bazar ertəsi, 10:46
“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı üçün olduqca vacib dövlət olduğunu bir daha sübut etdi”  

Bir neçə gün öncə, dünyanın nəzəri Qazaxıstanın paytaxtı Astana şəhərinə yönəlmişdi. Burada 16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı “ŞƏT plyus” formatında Zirvə görüşü keçirilirdi. Ölkəmizin də iştirak etdiyi ŞƏT-in Astana Zirvə görüşü  Azərbaycan üçün dövlətlərarası əməkdaşlıq əlaqələrinin inkişafında yeni bir uğur, yeni bir səhifə hesab edilir.

Bu faktdır ki, Azərbaycan dövlətlərarası tərəfdaşlıq əlaqələrinə hər zaman diqqət yetirir və etibarlı tərəfdaşlılığını əlaqələrin bütün sferalarında uğurla davam etdirir. Beynəlxalq əhəmiyyətli mötəbər təşkilatlardan biri olan Şanxay Əməkdaşlıq Təşkilatının Astana görüşü bu baxımdan da ölkəmiz üçün əhəmiyyətli oldu. Burada böyük dövlətlərin rəhbərləri tərəfindən müzakirə olunan  məsələlər  yeni nüanslara, tarixi əhəmiyyət kəsb edən imzalara, yeni imkan və perspektivlərə, həmçinin dünyaya edilən yeni çağırışlara meydan açdı. Bu görüş, həm də Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərdə qədəm qoyduğu yeni mərhələnin, həmçinin bu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərin keyfiyyətində yüksək canlanmanın uğurlu nəticələrindən biri idi.o-irvə görüşündə bir sıra əhəmiyyətli sənədlərlə yanaşı, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə Bəyannamə də imzalandı.

Həmin Bəyənnaməyə əsasən  ölkələrarası münasibətlərdə, regional və qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə iqtisadi, humanitar, turizm sahələrində əməkdaşlığın genişləndirməsi, həmçinin  ŞƏT sərhədləri daxilində davamlı sosial-iqtisadi inkişafın təmin olunması böyük tarixi əhəmiyyətliliyini özündə əks etdirir. Bəli, göründüyü kimi Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın nüfuzlu təşkilatlardan biridir və bu gün öz mötəbərliliyini qoruyur. Azərbaycanın bu təşkilata üzv və ya tərəfdaş olan dövlətlərlə  çox sıx iqtisadi və siyasi əlaqələrinin mövcud olması ölkəmizin siyasi sferada nüfuzundan xəbər verir. 2001-ci ildən təşkil olunan ŞƏT Rusiya, Çin, İran, Pakistan da daxil olmaqla  9 əsas, 3 müşahidəçi, 14 dialoq tərəfdaşdan ibarət qlobal çəkiyə malik beynəlxalq təşkilatdır. Qardaş Türkiyə isə təşkilatın dialoq tərəfdaşıdır.

Zirvə görüşündə iştirak edən qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilata yüksək münasibətini çıxışında belə qeyd etmişdir: “Bizim mövqeyimiz ondan ibarətdir ki, bizi təşkilata dialoq tərəfdaşı kimi deyil, təşkilatın digər üzvləri kimi qəbul etməlidirlər”. Qeyd etdiyimiz kimi “ŞƏT plyus” siyasi-iqtisadi əlaqələr baxımından Azərbaycan üçün əhəmiyyətli beynəlxalq təşkilatlardan biridir. Ölkəmizin  ən böyük 4 ticarət tərəfdaşından 3-ü məhz bu təşkilatın əsas və ya tərəfdaş ölkələridir.  “ŞƏT plyus” Astana Zirvə toplantısı Qazaxıstan Prezidentinin sədrliyi ilə həyata keçirilirdi və Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz dost türk dövlətinin rəhbəri Kasım-Jomart Tokayevin dəvəti ilə görüşdə iştirak edirdi. Ölkə başçısı cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında bu, ikinci iştirakı idi. Cənab Prezidentin ilk iştirakı isə Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən təşkilatın 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısına dəvəti ilə  baş tutmuşdu. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması, əlbəttə ki, həm ölkəmizin yüksək nüfuzunun ifadəsi, həm də  Dövlət rəhbərimizə  dünya miqyasında yüksək ehtiramın göstəricisi olaraq qiymətləndirilir.

Nəzakət Quluqızı;
Neftçala rayon sakini, publisist, yazar