Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən azad olunub, yeni nazir təyin edilib
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.
Liderxəbər xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Nicat Babayev həmin qurumda nazir müavini vəzifəsinə təyin edilib.
Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan Muxtar Respublikasına səfər edib.
Oxşar Xəbərlər:
14 yanvar 2023, Şənbə
Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib