Pressa.az » Ölkə » Rüşvətə görə tutulan hərbi komissarın cəzası azaldıldı

Rüşvətə görə tutulan hərbi komissarın cəzası azaldıldı

16 mart 2023, Cümə axşamı, 16:08
Rüşvətə görə tutulan hərbi komissarın cəzası azaldıldı

Rüşvətə görə tutulmuş Sabunçu rayon hərbi komissarlığının rəisi, polkovnik Rövşən Babayevin cəza müddəti azaldılıb.

LiderXəbər-in məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Polkovnikin həbs müddəti 4 ildən 3 ilə endirilib.

Qeyd edək ki, R.Babayev 2021-ci ildə vəzifə başında olarkən həbs olunub. Onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. Məlum olub ki, o, 2016-2019-cu illərdə komissarlığın hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Yaşar Hüseynov və digər 3 nəfərlə əlbir olaraq 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsinə şərait yaradıb. Bunun müqabilində 22 min 800 manat rüşvət alıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Babayev 4 il, Yaşar Hüseynov 3 il azadlıqdan məhrum edilmişdi.