Sabah deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatır

Sabah növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
Liderxeber.az-nın xəbərinə görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Oxşar Xəbərlər:

08 iyul 2024, Bazar ertəsi
Bu həftədən deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsinə başlanılır

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib