Pressa.az » Ölkə » Azərbaycan şirkəti Daşkəndin mərkəzində 5 ulduzlu hotel tikəcək

Azərbaycan şirkəti Daşkəndin mərkəzində 5 ulduzlu hotel tikəcək

23 avqust 2024, Cümə, 16:39
Azərbaycan şirkəti Daşkəndin mərkəzində 5 ulduzlu hotel tikəcək

Gələn ay Azərbaycanın aparıcı şirkətlərindən biri Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində 5 ulduzlu hotelin tikintisinə başlayacaq.

Liderxeber.az-ın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

"İki ölkənin prezidentlərinin qəbul etdiyi qərara əsasən, Özbəkistan Azərbaycanda 4, Azərbaycan isə Özbəkistanda 3 layihə icra edəcək. Bunlardan biri hotel layihəsidir. Digər layihələr isə Daşkəndin mərkəzində böyük yaşayış kompleksinin inşası, bu ölkədə sənaye müəssisəsinin qurulmasıdır. Özbəkistan isə Yevlax və İmişli rayonlarında, eləcə də işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xankəndidə tekstil layihələri həyata keçirəcək. Bu ölkə tekstil üzrə böyük təcrübəyə malikdir, onun tekstil ixracının dəyəri 4 milyard ABŞ dollarından çoxdur. Bizim üçün bu sektorda təcrübə mübadiləsi çox önəmlidir", - deyə o qeyd edib.

"Bu gün ölkələr arasında müzakirə edilən layihələrin dəyəri 1 milyard ABŞ dollarından çoxdur”, - deyə AZPROMO rəsmisi əlavə edib.