Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.
Liderxeber.az-ın məlumatına görə, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
13 avqust 2024, Çərşənbə axşamı
İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ-ı dünyada terrorun əsas sponsoru adlandırıb