Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL
Bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 443,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən Liderxeber.az verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 5,1 dəfə, ağ neft istehsalı 12,1%, sürtkü yağları istehsalı 9,7%, neft bitumu istehsalı 2,6%, avtomobil benzini istehsalı 2,3%, dizel yanacağının istehsalı isə 1,2% artıb.
Qeyd olunur ki, hesabat dövründə ölkədə neft koksu istehsalı isə 13,9% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
| 
 Məhsul növləri  | 
 2024-cü ilin yanvar- avqust aylarında istehsal edilmişdir  | 
 Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə  | 
 01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı  | 
| 
 Avtomobil benzini, min ton  | 
 973,4  | 
 102,3  | 
 23,0  | 
| 
 Ağ neft, min ton  | 
 430,7  | 
 112,1  | 
 35,6  | 
| 
 Qazoyllar (dizel yanacağı), min ton  | 
 1565,4  | 
 101,2  | 
 147,3  | 
| 
 Mazut, min ton  | 
 26,6  | 
 5,1 d.  | 
 1,2  | 
| 
 Sürtkü yağları, min ton  | 
 43,9  | 
 109,7  | 
 6,3  | 
| 
 Maye qazlar, min ton  | 
 132,5  | 
 83,0  | 
 0,8  | 
| 
 Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton  | 
 747,6  | 
 101,3  | 
 37,9  | 
| 
 ondan:  | 
 | 
 | 
 | 
| 
 neft bitumu, min ton  | 
 175,9  | 
 102,6  | 
 10,9  | 
| 
 neft koksu, min ton  | 
 138,4  | 
 86,1  | 
 24,1  | 
