Pressa.az » Ölkə » Qubada azyaşlılara siqaret satanlar cərimələnib

Qubada azyaşlılara siqaret satanlar cərimələnib

01 aprel 2023, Şənbə, 17:53
Qubada azyaşlılara siqaret satanlar cərimələnib

Qubada azyaşlılara siqaret satanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.