Pressa.az » Ölkə » XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”

XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”

04 aprel 2023, Çərşənbə axşamı, 11:22
XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”

Bu gün Beynəlxalq Mina Maarifləndirilməsi Günüdür. Minatəmizləmə prosesi gözləyə bilməz.

Liderxəbər xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində edilmiş paylaşımda deyilir.
XİN ərazilərə mina yerləşdirənlərin və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd edib.

“Biz minaların səbəb olduğu insan tələfatına son qoymalıyıq”, - paylaşımda bildirilir.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.