Pressa.az » Ölkə » AYNA: "Azərbaycan-Gürcüstan sərhədində 300 avtomobil gözləyir"

AYNA: "Azərbaycan-Gürcüstan sərhədində 300 avtomobil gözləyir"

21 oktyabr 2024, Bazar ertəsi, 16:58
AYNA: "Azərbaycan-Gürcüstan sərhədində 300 avtomobil gözləyir"

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda 300 avtomobil gözləyir.

Liderxeber.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Mazımqara" gömrük postunda 7, "Samur" gömrük postunda 65, "Biləsuvar" gömrük postunda 37, "Astara" gömrük postunda isə 21 yük maşını var.

"Xanoba" gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.