Pressa.az » Ölkə » Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 11 % artırıb

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 11 % artırıb

26 noyabr 2024, Çərşənbə axşamı, 10:03
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 11 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 740,6 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib.

Liderxeber.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11 % çoxdur.

Son 1 ildə pomidor ixracının dəyəri 12,4 % artaraq 142 milyon ABŞ dolları, xurma ixracının dəyəri 14,7 % artaraq 52,9 milyon ABŞ dolları, tütün xammalı ixracının dəyəri 5,1 dəfə artaraq 21,5 milyon ABŞ dolları, pambıq mahlıcı ixracının dəyəri isə 63,3 % artaraq 160,4 milyon ABŞ dolları təşkil edib.

"Aqrar məhsulların ixrac həcmi artdıqca, ixracın coğrafiyası da genişlənir. Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasən ənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunsa da, ixrac coğrafiyasına yeni ölkələr də daxil olmaqdadır", - deyə məlumatda qeyd olunub.