Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.
Liderxeber.az xəbər verir ki, iqtisadçı Kənan Quluzadə "Xəzər Xəbər"ə deyib ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin kvadrat metrinə düşən qiymət xeyli aşağı olub.
O qeyd edib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, "SeaBreeze"də torpaq 70-100 faiz arasında bahalaşıb.
Artım prosesinin davamlı olacağını bildirilir.