"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Rusiyanın Moskva şəhərindən Bakıya planlaşdırılan reysi gecikir.
Liderxeber.az"Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, uçuş vaxtları təxirə salındığı üçün sərnişinlər "Vnukovo" hava limanında bir sutkaya yaxındır gözləyirlər.
Qeyd olunub ki, gün ərzində təyyarənin reysi altı dəfə təxirə salınıb.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları"nın (AZAL) Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirildi ki, yaranan vəziyyətə səbəb Moskvanın hava məkanının bağlı olmasıdır.