13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində Xəzər regioununun ən böyük kənd təsərrüfatı və qida sənayesi sərgisi keçiriləcək.
Sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.
Sərginin rəsmi media partnyoru “Agro TV Azerbaijan” telekanalıdır. Hər il olduğu kimi bu il də Agro TV sərgi boyunca canlı yayımlar təşkil edəcək. Dövlət və özəl şirkətlərin rəhbərləri canlı yayımda çıxış edəcəklər.
Qeyd edək ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.