Вернуться назад Распечатать

Gəncədə yaşayış binasında partlayış olub: Ölən və xəsarət alan var

Gəncədə evdə partlayış olub.

Liderxeber.az xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində anidən partlayış olub.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti hələ ki dəqiqləşməyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.