Вернуться назад Распечатать

Şəmkir xəstəxanasına yeni direktor təyin olundu

Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib.

Liderxeber.az xəbər verir ki, bu vəzifə xəstəxananın Cərrahiyyə Şöbəsinin müdiri çalışmış Samir Namazova həvalə olunub.

Xatırladaq ki, xəstəxananın əvvəlki direktoru Emin İsmayılov işində yol verdiyi ciddi nöqsanlara görə bu ilin yanvarında vəzifəsindən azad edilib.