Вернуться назад Распечатать

“BakuBus” komfortu artıq regionlarda - Qrafik və qiymətlər

Bakı şəhərində sərnişindaşıma sahəsində yüksək xidmət keyfiyyəti ilə tanınan “BakuBus” MMC artıq şəhərlərarası istiqamətlərdə də xidmət göstərməyə başlayıb.

2024-cü ilin may ayından etibarən “BakuBus” MMC tərəfindən Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Zaqatala, Bakı–Qazax, Bakı–Sınıq Körpü, Bakı–Bərdə, Bakı–Tərtər və Bakı–Naxçıvan istiqamətlərində komfortlu Neoplan markalı avtobuslarla sərnişindaşıma xidmətləri həyata keçirilir.

Şəhərlərarası daşımalar üçün nəzərdə tutulan avtobuslar beynəlxalq standartlara tam cavab verir. Nəqliyyat vasitələri kondisioner sistemi, geniş və rahat oturacaqlar, sərnişin məlumat monitorları, eləcə də geniş baqaj bölməsi ilə təchiz olunub.

Bütün avtobuslar mütəmadi texniki baxışdan keçirilir və peşəkar, təlim keçmiş sürücülər tərəfindən idarə olunur.

“BakuBus” bu təşəbbüsü ilə regionlarda yaşayan vətəndaşlara paytaxt səviyyəsində sərnişin daşıma keyfiyyətini təqdim etməyi hədəfləyir. Məqsəd həm də şəhərlərarası daşımaların daha sistemli, təhlükəsiz və rahat şəkildə təşkil olunmasına şərait yaratmaqdır.

Şirkət gələcəkdə xidmət coğrafiyasını daha da genişləndirərək ölkənin müxtəlif bölgələrini müasir nəqliyyat xidməti ilə əhatə etməyi planlaşdırır.