Вернуться назад Распечатать

Bakıda əlində bıçaq avtobusda dəhşət saçan qadın saxlanıldı

Bakıda avtobusda dəhşət saçan əlibıçaqlı qadının şəxsiyyəti müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı - polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

09:56

Bakıda avtobusa əlibıçaqlı qadın sərnişin daxil olub.

Liderxeber.az-ın məlumatına görə, qadın digər sərnişinlərin qorxuya düşməsinə səbəb olub.

Belə ki, sərnişinlərin çoxu bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.