Bu il Qurban bayramı ilə əlaqədar dörd gün iş olmayacaq.
Liderxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6 və 7-si Qurban bayramı günlərinə təsadüf edir.
Belə ki, bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.
Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl dörd gün - 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.