Вернуться назад Распечатать

“Sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırıq”

“Qırğızıstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırdır”.

Liderxeber.az xəbər verir ki, bunu Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek Uulu İrəvanda erməni həmkarı Alen Simonyanla görüşündə deyib. 

A.Simonyan isə İrəvanın sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib. 

Görüş zamanı tərəflər, həmçinin iki ölkə arasında gündəlikdə olan digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.