Naxçıvan Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılmayacaq.
Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə dair 5-ci maddə Konstitusiyadan çıxarılacaq.
Hazırda qüvvədə olan Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.