"İranın mülki nüvə proqramını inkişaf etdirmək və nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var".
Liderxeber.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Sky News Arabia" telekanalına müsahibəsində deyib.
Rusiya lideri söyləyib ki, Moskva dinc nüvə enerjisinin inkişafında Tehrana əvvəlki illərdə olduğu kimi lazımi yardım və dəstəyi göstərməyə hazırdır.