Вернуться назад Распечатать

Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu - Yenilənib

Qusarda 8 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində baş verib.

Beləki, turistləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qəza zamanı xəsarət alan Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqdir.

Xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.