Bakının müxtəlif ərazilərində kanalizasiya “lyuk”larına aid problemlər son günlərdə gündəmə gəlməyə başlayıb.
Bu dəfə Liderxeber.az-a Səbail və Binəqədi rayonlarından şikayət daxil olub.
Vətəndaşların göndərdiyi fotolarda kanalizasiya quyularının baxımsız vəziyyətdə olduğunu görmək mümkündür. Bu isə həm vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaradır, həm də ətraf-mühitin çirklənməsinə gətirib çıxarır.