Вернуться назад Распечатать

Bəzi rayonlarımızda yağış yağıb - FAKTİKİ HAVA

İyulun 17-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-da gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan və İsmayıllıda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan MR-də isə 41 dərəcəyədək isti qeydə alınıb.