Вернуться назад Распечатать

13 yaşlı oğlan Arazda boğuldu - Yenilənib

Araz çayının Saatlı şəhərindən keçən hissəsində adam batıb. 

Liderxeber.az FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar xəttinə 1 nəfərin batması barədə məlumat daxil olub.

Axtarışlara Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Araz çayında boğulan şəxsin kimliyi məlum olub.

Belə ki, Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.

Hazırda axtarış işləri davam etdirilir.