Вернуться назад Распечатать

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən baş verib.

Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: “Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Xəbəri rus dilində oxuyun: Агентурная сеть РФ в Азербайджане - новые имена

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.