Вернуться назад Распечатать

Cəlilabadda ağır QƏZA: Ölən və yaralananlar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, QAZ-53 markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Məlumatlara görə, QAZ-53 markalı yük avtomobili Yardımlı rayonundan Cəlilabad rayonunun Ləkin kəndində olan dəyirmana buğda aparırmış.

Həmin vaxt iki nəfər kuzovda, iki nəfər də avtomobilin salonunda olub. Rayonunun Əsədli kəndində avtomobilin əyləc sistemində problem baş verib. Nəticədə avtomobil aşıb.

Hazırda xəsarət alan iki nəfərin müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qəzada ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.