ABŞ administrasiyası Ukraynadakı münaqişəyə son qoymaq üçün kifayət qədər fəal və səmimi səylər göstərir.
Liderxeber.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqla bağlı təşkil edilən iclasda deyib.
V.Putin bildirib ki, Vaşinqton ölkələr arasında, Avropada və bütövlükdə dünyada uzunmüddətli sülhdə maraqlıdır.
Rusiya prezidenti, həmçinin görüş iştirakçılarına Ukrayna böhranı ilə bağlı nizamlama prosesinin gedişi və ikitərəfli danışıqlar barədə məlumat verib.